Yəhudi dili

Yəhudi dili İsrail dövlətinin rəsmi dövlət dili və 7 milyon insanın ana dilidir. Bu dil ivrit dili, ibri dili, ibrit dili kimi də işlənilir. Yəhudi əlifbası 22 hərfdən ibarətdir və sağdan sola doğru yazılır. Ladino, idiş, arami dilləri ilə yanaşı ivrit dili də dünya yəhudilərinin ana dili sayılır. Musa peyğəmbərin dövründə yəhudilərin müqəddəs kitabı olan Tövrat ivrit dilində yazıldığına görə yəhudilər bu dili “Müqəddəs Dil” də adlandırırlar. Əsrlər keçdikcə yəhudilər başqa dövlətlərin əsarəti altında yaşadıqca yəhudi dili də get-gedə unudulmağa başlamış və ölü dillər siyahısına düşmüşdür. Ancaq Eliezer Ben Yehudanın (1858-1922) səyləri nəticəsində ivrit dili yenidən dirçəlmiş və sonradan yaranan İsrail dövlətinin dövlət dilinə çevrilmişdir. Müasir ivrit dilində səlis danışan ilk şəxslər də Eliezer Ben Yehuda və onun övladları olmuşdur.

İvrit və ərəb dilləri qohum dillər olduğundan bu dillərdə müştərək sözlər də çoxdur. Azərbaycan dilində ərəb mənşəli sözlər çoxluq təşkil etdiyindən, ivrit və Azərbaycan dillərində də müştərək sözlərə rast gəlmək mümkündür.

Azərbaycanda etnik azlıqların siyahısında yəhudilər də yer tutublar. Azərbaycan yəhudiləri Azərbaycanla olan əlaqələrini heç vaxt kəsmirlər. Azərbaycana gələrkən onların doğum şəhadətnamələri, pasportları, nikah haqqında şəhadətnamələri və s. kimi sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır. “Lingvo” Tərcümə Mərkəzi istər yəhudi dilindən Azərbaycan dilinə, istərsə də əksinə tərcümə xidmətlərini ən yüksək keyfiyyətlə sizlərə təqdim edir. İstər vətəndaşların sənədlərinin tərcüməsi (pasport, doğum, nikah haqqında şəhadətnamə və s.), istərsə də mətnlərin, eləcə də çətin terminologiyaya malik hüquqi mətnlərin tərcüməsi “Lingvo” Tərcümə Mərkəzi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir. Hüquqi, iqtisadi, tibbi, texniki sahələrə aid peşəkar tərcümə xidmətini təqdim edən tərcümə mərkəzimizə birbaşa müraciət etməklə, yaxud əlaqə saxlamaqla tərcümə ilə bağlı problemlərinizi asanlıqla həll edə bilərsiniz.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin ivrit dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. İvrit dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.