Polyak dili

Polyak dili qərbi slavyan dilləri qrupunun lehit dilləri yarımqrupuna aiddir. Polyak dili Polşanın rəsmi dövlət dili və 2004-cü ildən bəri Avropa İttifaqının rəsmi dillərindən biridir. Polyak dili Polşa ilə yanaşı, Almaniya, Litva, Belarus, Çexiya, Rusiya, ABŞ, Ukrayna və digər ölkələrdə də istifadə edilir. Bu dil rus və Ukrayna dilindən sonra Avropada ən geniş yayılmış üçüncü dildir.

Polyak dili yayılma sahəsinə və polyak dilində danışanların sayına görə Qərbi Slavyan dilləri arasında ən geniş yayılmış dil hesab olunur. Hesablamalara görə, dünyada təxminən 40 milyondan çox insan bu dildən istifadə edir. Polyakların bir sıra Avropa ölkələrində məskunlaşması ilə əlaqədar olaraq həmin ölkələrdə polyak dilinə regional dil statusu verilmişdir.

Polyak dilinin lüğət tərkibi ümumilikdə slavyan, polyak mənşəli və ya başqa dillərdən keçən sözlərdən ibarətdir. Bu dil, nisbətən fərqli fonetik xüsusiyyətləri ilə xarakterizə olunur.

Ümumiyyətlə, peşəkar tərcüməçilər polyak dilindən tərcümə zamanı ciddi çətinliklə qarşılaşmırlar. Lakin nəzərə almaq lazımdır ki, şifahi tərcümə zamanı polyak dili ərazi dialektləri ilə xarakterizə olunur.

Polyak dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Polyak dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.