İngilis dili

İngilis dili Hind-Avropa dillərinin german dilləri qrupuna aid olub, dünyada ən geniş yayılmış və rəsmi səviyyədə qəbul olunmuş beynəlxalq dildir. İngilis dili bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və s. rəsmi dövlət dilidir. Bu dil 410 milyon insanın ana dili, 1 milyardan artıq insanın isə gündəlik danışıq dilidir. İngilis dili BMT-nin altı rəsmi və işlək dilindən biridir.

İngilis dilində yazı latın əlifbasına əsaslanıb, VII əsrdən etibarən mövcuddur (erkən orta əsrlərdə əlavə hərflər də işlədilmiş, lakin sonradan bu hərflər istifadədən çıxarılmışdır).

Xarici ölkələrdən Azərbaycana işgüzar səfərə gələn qonaqlarımız, burada müəssisə yaratmaq istədikdə, müvafiq sənədləri, əsasən, ingilis dilində təqdim edirlər. Həmin sənədlərin müvafiq qaydada tərcüməsi və təsdiqi “Lingvo” Tərcümə Mərkəzinin mütəmadi qaydada həyata keçirdiyi xidmətlərin sırasındadır.

Azərbaycandan xarici ölkələrə müxtəlif məqsədlər üçün (istirahət, müalicə, seminar və simpoziumlar və s.) səfər etməyi planlaşdıran vətəndaşlarımız, viza əldə etmək üçün iş yerindən, bəzən də bankdan, səhiyyə müəssisəsindən arayış alıb, tərcümə və təsdiq etməlidirlər. Bu sənədlər, əksər hallarda ingilis dilinə tərcümə edilir. “Lingvo” Tərcümə Mərkəzi sənədlərinizi keyfiyyətli şəkildə tərcümə edib, notarial qaydada təsdiq etmək xidmətini əziz müştərilərə təklif edir.

Bundan başqa “Lingvo” Tərcümə Mərkəzi sizə aşağıdakı xidmətləri təklif edir:

  • ingilis dilində verilmiş hüquqi mətnlərin, nizamnamə, etibarnamə və qərarların Azərbaycan dilinə tərcüməsi, eləcə də bu kimi sənədlərin tərtibi;
  • Texniki tərcümələr;
  • Tibbi tərcümələr;
  • Reklam materiallarının ingilis dilinə və əksinə tərcüməsi;
  • Sənədlərin ingilis dilinə və əksinə tərcüməsi;
  • Yazılı tərcümənin digər formaları;
  • Şifahi (ardıcıl və sinxron olmaqla) tərcümə.

Yuxarıda göstərilmiş tərcümə xidmətlərini həyata keçirmək üçün ingilis dilinin terminologiyasını dərindən bilmək kifayət etmir. Bu biliklərə malik olmaqla bərabər, həmin sahədə uzunmüddətli təcrübə də tələb olunur.

Təcrübəli və peşəkar tərcüməçilərimiz tərəfindən ingilis dilindən Azərbaycan dilinə və ya əksinə edilən tərcümələr biznesinizin inkişafına, həmçinin tərəfdaşlarınızla daha mənfəətli sövdələşmələr bağlamağınıza kömək edəcək, ingilis dilində keçirilən müxtəlif tədbirlərdə daha inamla çıxış etməyinizə yardımçı olacaqdır.

Azərbaycan dilində olan bəzi sənədlərin ingilis dilinə tərcüməsi ilə saytımızda tanış ola bilərsiniz.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. İngilis dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.