Ərəb dili

Ərəb dili İslam dinimizin müqəddəs kitabı Qurani Kərimin nazil olduğu dil olub, 20-dək ölkənin rəsmi dövlət dilidir.

Ərəb dilində yalnız dini ədəbiyyat deyil, eləcə də müasir elmi-bədii mətnlər, hüquqi və iqtisadi mətnlər, sənədlər tərtib olunur. Buna görə də ərəb dilinə aid tərcüməyə vaxtaşırı ehtiyac yaranır.

Ərəb ölkələrindən Azərbaycana gələn və ya Azərbaycandan ərəb ölkələrinə gedən iş adamları təsis sənədlərini, layihə və tender sənədlərini, etibarnamə və qərarları, eləcə də viza əldə etmək üçün iş yerindən arayış və şirkət sənədlərini tərcümə etmək zərurəti ilə qarşılaşırlar. “Lingvo” Tərcümə Mərkəzi keyfiyyətə tam zəmanət verməklə, bütün bu sənədlərin tərcüməsini və təsdiqini həyata keçirir.

Ərəb ölkələrində təhsil almağa gedən qardaş və bacılarımızın sənədlərinin tərcümə və notarial qaydada təsdiqi də mütəmadi qarşılaşdığımız sifarişlərdəndir. Bu zaman müraciət olunan ali təhsil müəssisəsinin tələbindən asılı olaraq, doğum haqqında şəhadətnamə, orta və ya əsas təhsil haqqında attestat, tibbi arayış, xasiyyətnamə və s. sənədlər ən yüksək şəkildə tərcümə edilir və təsdiq olunur.

“Lingvo” Tərcümə Mərkəzinə zəng edib, ərəb ölkələri və müvafiq sənədlər barədə sizi maraqlandıran suallara dair təmənnasız məsləhət ala bilərsiniz.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Ərəb dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.