İtalyan dili

İtalyan dili Vatikan, İtaliya, San-Marinonun rəsmi dili olmaqla yanaşı, italyanların çoxluq təşkil etdiyi bir sıra xarici ölkələrdə də rəsmi dil olaraq tanınır. Hal-hazırda dünyada təqribən 60 milyon insanın bu dildən istifadə etdiyi ehtimal olunur.

İtalyan dilinin tarixi qədim Roma ərazisində millətlərarası əsas ünsiyyət dili olan vulqar Latın dillərinə qədər gedib çıxır. O zamandan bəri, İtaliya əsrlər boyu tənəzzül prosesini keçmiş və bu da müxtəlif dialektlərin toplusu olan italyan dilində öz əksini tapmışdır.

Təəccüblü görünsə də, müasir ədəbi italyan dili yalnız II Dünya müharibəsindən sonra meydana gəlmişdir. Lakin, italyan dilinin regional dialektləri kimi qəbul edilən Sardiniya, Siciliya və Friul dilləri bəzi ekspertlər tərəfindən müstəqil dil kimi də qəbul edilir.

Bu hal, xüsusilə, bədii ədəbiyyatın italyan dilindən tərcüməsi zamanı bir sıra çətinliklər yaradır. Sadə fonetik quruluşunun olmasına baxmayaraq, italyan dilinin tərcüməsi olduqca çətindir.

Məhz buna görə də, sizə yüksək keyfiyyətli tərcümə lazım olarsa, italyan dilinin bütün incəliklərini dərindən bilən və ədəbi mətnlərin, həmçinin müxtəlif mövzularla bağlı mətnlərin tərcüməsi üzrə kifayət qədər təcrübəyə malik olan peşəkar tərcüməçilərimizə müraciət edə bilərsiniz.

İstənilən sahəyə aid sənədlərin italyan dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. İtalyan dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.