Koreya dili

Koreya dili – Koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir.

Bir sıra hesablamalara görə, Yaponiya, Rusiya və ABŞ kimi ölkələr də daxil olmaqla, bütün dünyada təxminən 80 milyon insan bu dildən istifadə edir.

Bir çox tədqiqatçılar düşünür ki, Koreya dili təcrid olunmuş dildir, yəni dil qruplarının heç birinə aid deyil. Bu da Koreya dilindən tərcümə edərkən tərcüməçiləri böyük çətinliklər qarşısında qoyur.

Koreya dili iltisaqi dillər qrupuna daxildir. Koreya dilində bir çox sözlər çin dilindən götürülmüşdür. İnkişafının müasir mərhələlərində Koreya dilinə ingilis və hətta rus mənşəli sözlər də nüfuz etməyə başlayır.

Şimali Koreyada XV əsrdə yaranmış Hanqul fonetik yazısından istifadə olunur. Koreyanın cənubunda Hança və Hanqul yazısından istifadə olunur. Bundan başqa, ötən əsrin 30-cü illərində SSRİ-də Koreya dilində, lakin latın hərfləri ilə yazılmış mətnlər geniş yayılmışdır.

Əgər qısa müddət ərzində Koreya dilindən Azərbaycan dilinə keyfiyyətli tərcümə əldə etmək istəyirsinizsə, biz sizi “Lingvo” Tərcümə Mərkəzinə müraciət etməyə dəvət edirik. “Lingvo” Tərcümə Mərkəzi sənədlərinizi keyfiyyətli şəkildə tərcümə edib, notarial qaydada təsdiq etmək xidmətini sizlərə təklif edir.

Sənədlərin koreya dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Koreya dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.