Çex dili

Çexiya Respublikasının rəsmi dövlət dili olan çex dilində, təqribən 12 milyon insan danışır. Çex dili slovak, qərbi slavyan dillərindən polyak və rus dillərinə yaxındır. Dilin lüğət tərkibini təşkil edən sözlər digər Slavyan dilləri və Hind-Avropa dillərindən alınmışdır, ancaq əksər sözlərin yaranması mədəniyyətin yüksək dərəcədə inkişafı ilə əlaqədardır.
Çex dili IX əsrin sonlarında Bohemiya dövlətinin yaranmasından sonra daha da inkişaf etmişdir. IX-X əsrlərdə çex dilinin qrammatikası mövcud deyildi. Həmin vaxtlar orfoqrafiyada latın əlifbasının hərflərindən istifadə olunurdu. XVI əsrdən etibarən çex ədəbi dili inkişaf etməyə başlamış, ancaq dildən şifahi şəkildə ünsiyyət vasitəsi kimi istifadə edilməsi həmin vaxtlarda da üstünlük təşkil etmişdir. Zaman-zaman bir-birindən təcrid olunma nəticəsində çex dilinin dialektləri arasında fərqlər daha qabarıq şəkildə özünü büruzə vermiş, Moraviya və Silesiya dialektləri çex dilindən ayrılmışdır. Milli İntibah dövründə, 1780-1840-cı illər arasında kənd əhalisinin şəhərə köç etməsi çex dilinin lüğət tərkibinin yenilənməsində müstəsna rol oynamışdır. XVI əsrdən etibarən isə çex dilinin qrammatikası da tərtib olunmağa başlamışdır. İkinci dünya müharibəsindən sonra baş verən ictimai dəyişikliklər dialektlər arasında olan fərqləri əhəmiyyətli dərəcədə azaltmışdır. XX əsrdən sonra başqa dillərdən də sözlər götürülmüş və çex dilinin tələffüzünə uyğunlaşdırılaraq, dilin lüğət tərkibinə daxil edilmişdir.

Çex dili 23 may 2004-cü ildən bəri Avropa Birliyinin 23 rəsmi dilindən biridir. Çex Respublikasının rəsmi dövlət dili olmaqla, bu dil Avstriya, Bolqarıstan, Polşa, Slovakiya, Ukrayna kimi ölkələrdə də danışılır. Çex dili barədə ən maraqlı fakt ondan ibarətdir ki, bu dildə işlənən sözlərin çoxunda sait iştirak etmir.

Çex dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Çex dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.