Fars dili

Fars dili Hind-Avropa dilləri ailəsinin İran dilləri qrupuna daxil olub, İran İslam Respublikası, Əfqanıstan və Taciqistanın rəsmi dili sayılır. Fars dili bir neçə dialekti özündə birləşdirir:

  • qərbi fars dialekti (bəzən Tehran dialekti də adlanır) – əsasən Tehran, Qum, İsfahan və Kirmanşah ərazilərində yayılıb;
  • Xorasan dialekti – Tehrandan başlayaraq Əfqanıstan sərhədlərinədək olan ərazini əhatə edir;
  • Taciq dialekti – Əfqanıstanın şimal və şərq ərazilərini, Taciqistanı, eləcə də Pakistanın qərb hissəsini əhatə edir.

Fars dilində yazı sistemi ərəb əlifbasına əsaslanır. Ərəb əlifbasındakı hərflərə əlavə olaraq 4 hərf qoşulur ki, bu da fars əlifbasını təşkil edir. Yazı soldan sağa doğrudur.

Fars dili qədimdən poeziya, şeir dili kimi özünəməxsus yer tutmuş, Şərqin Firdovsi, Sədi, Hafiz kimi dahi söz ustaları bu dildə yazıb yaratmışlar. Böyük Azərbyacan şairi Məhəmmədhüseyn Şəhriyar da fars dilində ölməz əsərlər yaratmış və bu dilin müasir inkişafında böyük yer tutmuşdur.

Hazırda beynəlxalq aləmdə fars dilinin çəkisi artan xətlə davam edir. İran İslam Respublikası ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq fars dili üzrə tərcümə xidmətlərinin əhəmiyyətini xeyli artırmışdır.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin fars dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Fars dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.