Macar dili

Macar dili fin-uqor dillərindən biri olub, Macarıstan Respublikasının rəsmi dövlət dilidir. Bu dil Macarıstanda və onunla qonşu olan ölkələrdə (keçmiş Yuqoslaviya ölkələri, Avstriya, Rumıniya) geniş istifadə olunur. Hazırda bu dildə 15 milyondan çox insan danışır.

Qonşu ərazilər kimi, Macarıstan ərazisi də Roma imperiyasının bir hissəsi olmuşdur. Roma imperiyasının süqutu ərəfəsində və ondan sonra hun tayfaları burada məskunlaşmış və ölkənin ingilis dilində olan adı da (Hungary) hunların adı ilə bağlı qalmışdır. Macar dili Maqyar kimi tanınır və hunlar tərəfindən danışılan dilin varisidir, Hind-Avropa dillərinə aid deyil. Avropada iki dil Macar dilinə yaxındır: Fin və Eston dili.

Hunların soy kökünün türklər olduğunu nəzərə alsaq, bu dilin türk dili ilə qohumluq əlaqəsinin mövcudluğunu da söyləyən alimlər var. Macar dilinin yazısı latın əlifbasına əsaslanır. Macar dilinin qədim ənənələrlə bağlı sözləri də lüğət tərkibində saxlamışdır və bu dildə ingilis, ibri, türk, hind dillərindən də sözlər işlədilir. Macarıstanda əhalinin 92%-i bu dildə danışır. Qonşu ölkələrdə macar dilində danışan insanların sayı 4 milyona yaxındır.

Macar dili qrammatik quruluşuna görə mürəkkəb dillərdən biridir. Buna görə də həmin dilin əcnəbilər tərəfindən öyrənilməsi çətinliklərlə müşahidə olunur. Bu dilin araşdırılması həmişə dilçilərin maraq dairəsində olmuşdur.

Müxtəlif sənədlərin macar dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Macar dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.