Türk dili

Türk dili Altay dilləri ailəsinin türk dilləri qrupuna daxil olub, Türkiyə Respublikasının dövlət dilidir. 1923-cü ildə Türkiyə Respublikası yaradılarkən, türk dilinin digər dillərin təsirindən təmizlənməsi prosesi başladı. Bu prosesin uzun müddət davam etməsinə baxmayaraq, hazırda da türk dilinin tərkibində çoxlu sayda ərəb-fars sözləri türk kökündən yaranmış sinonimlərlə birgə geniş şəkildə işlədilir. Hazırda Türkiyədə məhkəmə-hüquq sahəsinə aid terminologiyaların əksəriyyəti ərəb-fars mənşəli sözlərdir ki, adi vətəndaşlar bu sözləri anlamaqda çətinlik çəkirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, qardaş Türkiyə ilə Azərbaycan arasında mədəniyyət, təhsil, ticarət sahəsində əlaqələr yaradıldı və tez bir zamanda bu əlaqələr ən yüksək səviyyəyə çatdı. Buna görə də sənədlərin türk dilindən Azərbaycan dilinə tərcüməsi, eləcə də Azərbaycan dilindən türk dilinə tərcümə sahəsi inkişaf edərək genişlənmişdir.

Əlbəttə, türk dili ilə Azərbaycan dilinin qohum və yaxın olması, bəzi vətəndaşlarımızda türk dilinin asan olması fikrini yaradır. Lakin kino, film, adi danışıq dili ilə sənədləşmə dilini bir tutmaq düzgün olmaz. Hər bir dilin incəlikləri olduğu kimi, türk dilinin də incəlikləri var və bu da tərcüməçidən peşəkarlıq tələb edir.

“Lingvo” Tərcümə Mərkəzi istər türk dilindən Azərbaycan dilinə, istərsə də əksinə tərcümə xidmətlərini ən yüksək keyfiyyətlə sizlərə təqdim edir. İstər vətəndaşların sənədlərinin tərcüməsi (pasport, doğum, nikah haqqında şəhadətnamə və s.), istərsə də mətnlərin, eləcə də çətin terminologiyaya malik hüquqi mətnlərin tərcüməsi “Lingvo” Tərcümə Mərkəzi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir. Hüquqi, iqtisadi, tibbi, texniki sahələrə aid peşəkar tərcümə xidmətini təqdim edən tərcümə mərkəzimizə birbaşa müraciət etməklə, yaxud əlaqə saxlamaqla tərcümə ilə bağlı problemlərinizi asanlıqla həll edə bilərsiniz.

Türk dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyərini öyrənmək üçün qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.