Portuqal dili

Portuqal dili roman dilləri qrupuna məxsusdur və dünyada ən çox yayılmış dillərdən biridir. Portuqal dilində danışan şəxslər vaxtaşırı olaraq öz dillərini luzofon dili adlandırırlar. Bu ad qədim Romanın əyaləti olan Luzitaniyadan götürülüb ki, bu da hazırkı Portuqaliyanın yerləşdiyi əraziyə uyğun gəlir.

Portuqal dili plürisentrik, yəni ümumi qəbul edilmiş iki variantı olan dildir: Portuqaliyanın dili və Braziliyanın dili. Məhz bu fərqlər portuqal dilindən Azərbaycan dilinə tərcümə zamanı fonetik, leksik, orfoqrafik və qrammatik çətinliklər törədir.

Mozambik və Anqolada portuqal dilinin Avropada işlədilən forması istifadə olunur. Lakin buraya da həmin ölkələrin xalqlarının müəyyən dil çalarları daxil edilmişdir.

XIX-XX əsrlərdə portuqal dilinə çoxlu sayta ingilis və digər xarici sözlər daxil olmuşdur.

XXI əsrdə portuqal dilinin bütün formalarının Braziliyada işlədilən varianta uyğunlaşması prosesi gedir.

“Lingvo” Tərcümə Mərkəzi bütün bu çətinlikləri nəzərə almaqla, portuqal dili üzrə keyfiyyətli tərcümə xidmətlərini sizlərə təklif edir.

Portuqal dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Portuqal dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.