Rus dili

Rus dili Hind-Avropa dilləri ailəsinin Slavyan dilləri qrupuna aid olub, 200 milyona yaxın insanın ana dilidir. Rusiyanın rəsmi dövlət dili və BMT-nin altı rəsmi dilindən biridir. Ukrayna, Belarus, Qazaxıstan kimi ölkələrin ikinci rəsmi dili statusunu qazanmışdır.

Tarixi bağlılıq rus dilinin Azərbaycanda da geniş yayılmasına gətirib çıxarmışdır. Rusiya Federasiyası ilə qonşuluq bu dilin Azərbaycan vətəndaşları üçün əhəmiyyətini daha da artırmışdır. Rusiyaya təhsil, iş, müalicə məqsədi ilə gedən vətəndaşlarımız tez-tez sənədlərini rus dilinə tərcümə etmək, eləcə də rus dilindən ana dilinə tərcümə etmək zərurəti ilə qarşılaşırlar.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya vətəndaşları Azərbaycanda müəssisə açmaq istədikdə, bu zaman müvafiq sənədləri, nizamnamə, qərar, etibarnaməni və digər sənədləri Azərbaycan dilinə tərcümə etməlidir. Eləcə də Azərbaycandan Rusiyaya gedən və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız da buradakı müəssisələrinin təsis sənədlərini, nizamnamə, qərar, etibarnamə və s. sənədləri rus dilinə tərcümə etməlidirlər. Vətəndaşlara bu xidmətləri göstərmək üçün “Lingvo” Tərcümə Mərkəzi öz tərcüməçi kollektivi ilə birgə çalışaraq, onların məmnunluğunu qazanır.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin rus dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Rus dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.