Çatdırılma

Əziz vətəndaşlar! Əgər sənədlərinizi tərcümə və təsdiq etdirmək istəyirsinizsə, lakin bunun üçün tərcümə mərkəzinə gəlməyə vaxtınız yoxdursa, “Lingvo” Tərcümə Mərkəzinin əməkdaşları sənədlərinizi Sahil, yaxud 28 May metro stansiyasının qarşısından götürüb, tərcümə və təsdiqi həyata keçirib, Bakı şəhəri daxilində ünvanınıza çatdırılmasını həyata keçirə bilər. Həmçinin şəxsi avtomobillə ofisimizə yaxınlaşan müştərilərdən də avtomobildən düşmədən sənədlər alınır və yuxarıda göstərilən qaydada çatdırılma həyata keçirilir. Sənədlərin göstərilən qaydada götürülməsi və çatdırılması üçün heç bir əlavə haqq tələb olunmur.

Ancaq nəzərinizə çatdırırıq ki, tərcümə və notarial təsdiq ödənişlidir və ödənişlərlə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.