Yapon dili

Yapon dili Şərqi Asiya dillərinə, Yapon dil ailəsinə mənsub olub, Yaponiyanın rəsmi dövlət dilidir. Bud ildə dünyada 125 milyon insan danışır. Bəzi alimlər yapon dilinin Koreya və altay dil ailəsi ilə yaxınlığı barədə fikirlər irəli sürürlər. Yapon dili ilə türk dili arasındakı oxşarlıqlar bu fikri müəyyən qədər əsaslandırır. Yapon dilinin Yaponiyada ilk dəfə harada yarandığı barədə məlumatlar çox azdır. III əsrdə çin sənədlərində bir neçə yapon sözləri işlədilmişdir.

Quruluşuna görə yapon dili aqqlütinativ dildir. Əlifbası çin dilinin kandzi xəttindən dönmüş xətdir.

Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.

Yapon dili yerli dildə iki cür adlanır: Başqa dillərin kontekstində “nihonqo” sözü işlənilir. Bu hərfi tərcümədə “yapon dili” deməkdir. Lakin, milli mədəniyyətin hissəsi kimi “kokuqo” adlanır, bu da “ölkə dili” və ya “milli dil” mənasını verir.

Yapon dilindən Azərbaycan dilinə və əksinə müxtəlif sahələr üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Yapon dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.