Ukrayna dili

Ukrayna dili Şərqi-slavyan dilləri qrupuna aiddir. Ukrayna Respublikasının dövlət dili olmaqla yanaşı, bir sıra dövlətlərin və təşkilatların rəsmi dili, eyni zamanda Moldova Respublikasının üç rəsmi dilindən biridir. Dünyada təxminən 50 milyon insan bu dildən istifadə edir. Ukrayna dili 1993-cü ildə təxminən 31 milyon insan tərəfindən istifadə edildiyi halda, bu rəqəm 2001-ci ildə 40 milyona çatmışdır. Ukraynanın yazı dili kiril əlifbası əsasında formalaşmışdır.

Ukrayna dilinin belorus rus, polyak, bolqar, slovak və digər slavyan dilləri ilə bir sıra fərqli və oxşar cəhətləri vardır. Ukrayna dilçilərinin apardığı araşdırmalara görə, Ukrayna dili leksik cəhətdən daha çox belorus dili ilə yaxınlıq təşkil edir.

Ukrayna dilinin dialektləri 3 əsas qrupa bölünür:

Şimal dialekti. Şimal dialektinin xüsusiyyətləri belorus dialektinin təsiri altında daha da təkmilləşmişdir.

Cənub-qərb dialekti. Cənub-qərb dialekti əsasən ABŞ, Kanada və digər ölkələrdə məskunlaşmış ukraynalı immiqrantların nitqində müşahidə olunur.

Cənub-şərq dialekti. Cənub-şərq dialektləri müasir Ukrayna ədəbi dilinin əsasını təşkil edir.

Müasir Ukrayna dili 18-19-cu əsrlərdə xalq dili əsasında inkişaf etmişdir. Müasir Ukrayna ədəbi dilinin leksik və fonetik xüsusiyyətlərini bilmədən, həmin dildən keyfiyyətli yazılı tərcümə etmək qeyri-mümkündür. “Lingvo” Tərcümə Mərkəzində çalışan tərcüməçilər bu dilin bütün xüsusiyyətlərini öz ana dilləri kimi bilir və sizlərə yüksək keyfiyyətli tərcümə xidmətini təqdim edirlər.

Ukrayna dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Ukrayna dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.