Gürcü dili

Gürcü dili kartveli qrupuna aid olub, Gürcüstan Respublikasının rəsmi dili, eləcə də bir Qafqaz xalqlarının ədəbi və ünsiyyət dilidir. Bu dil Kaxetiyada, Kartlidə, Türkiyədə, Azərbaycanda və İranda fərqli ləhcələri danışılır. Gürcüstanda bu dildə danışanların sayı 4 milyondan çoxdur. Bu dilin tərkibində çoxlu ərəb, fars və türk mənşəli sözlər vardır. Gürcü dili Gürcüstanın rəsmi dili olmaqla yanaşı, Gürcüstanda yaşayan bütün İber və Qafqaz xalqlarının da ortaq dilidir.

Gürcü dili zəngin ədəbi dil ənənəsinə malikdir. Gürcü dilinin şifahi formasında olduğu kimi, yazılı formasında da müxtəlif dillərdən alınmış sözlər çoxluq təşkil edir. Gürcü dili daha çox yunan, fars, ərəb və türk dillərindən söz götürmüşdür. Yunan, fars və ərəb dilindən keçən sözlər, əsasən yazılı dildə, türk dilindən keçən sözlər isə şifahi ünsiyyətdə istifadə olunur.

Gürcü dilinə bir neçə dialekt daxildir. Lakin bunlar arasında əhəmiyyətli dərəcədə fərq yoxdur.

Gürcü dili unikal gürcü əlifbasına əsaslanan yazıdan istifadə edir. Gürcü dilində olan bir sözə səkkizə qədər morfem birləşdirilə bilər. Bu hal gürcü dili tərcüməçiləri üçün daim çətinlik yaradır.

Dilin tarixi inkişaf xronologiyası qədim, orta və yeni dövrlərə bölünür. Gürcü dilinin mütəxəssislər tərəfindən 3 mərhələyə bölünən uzunmüddətli inkişaf tarixi hal-hazırda dünya mədəni irsinə daxil olan saysız-hesabsız ədəbi əsərlər əsasında formalaşmışdır.

Azərbaycanla Gürcüstan arasında qədimdən mədəni, siyasi, ticarət və dostluq əlaqələri mövcud olmuş və müasir dövrdə də həmin əlaqələr inkişaf etməkdədir. Bu əlaqələrin qorunub-inkişaf etməsində tərcümə sahəsinin rolu danılmazdır. Daha düzgün və keyfiyyətli tərcümə həmin əlaqələrin düzgün qurulmasında böyük əhəmiyyət daşıyır. “Lingvo” Tərcümə Mərkəzi təcrübəli tərcüməçiləri vasitəsi ilə sizə öz məqsədlərinizə daha rahat şəkildə nail olmağa kömək edəcəkdir.

Gürcü dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Gürcü dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.