Urdu dili

Urdu dili hind-avropa dili ailəsinə daxildir. XIII əsrdə yaranmış urdu dili Pakistanının rəsmi dilidir. Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər insan bu dildə danışır. Dünyada 58 milyon nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150-200 milyon nəfər isə bu dildə danışa bilir.

Urdu əlifbası ərəb əlifbasına əsaslanır. Pakistanda urdu dili nəstəliq xətti ilə yazılır. Urdu dilinin Hind dili ilə çox yaxınlığı var. Bir çox dilçilər bu iki dilin eyni olduğunu düşünürlər, fərq ondan ibarətdir ki, Hind dili Devanaqari şriftləri ilə yazılır və əsas lüğət tərkibini Sanskirtlərdən götürmüş, Urdu dili isə ərəb şriftləri ilə yazılır və əsas lüğət tərkibini farslardan götürmüşdür.

Pakistanda məskunlaşmış bir çox əfqan qaçqınları da Urdu dilində danışırlar. Hindistanda Urdu dili böyük müsəlman cəmiyyətlərində danışılır. Hətta Hindistanın bəzi məktəblərində və mədrəsələrində Urdu dili birinci dil kimi öyrədilir. Bundan əlavə, Hindistanda Urdu dilində 2900 ədəd gündəlik çıxan qəzet var. Urdu dili, həmçinin Böyük Britaniya, ABŞ, Norveç və Avstraliya kimi ölkələrdə azsaylı mühacirlər tərəfindən də danışılır.

Urdu dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Urdu dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.