Yunan dili

Yunan dili dünyanın ən qədim yazılı dili olub, 4 min ildən artıq tarixə malikdir. Müasir yunan dili qədim yunan dilindən xeyli fərqlənsə də, mənşəcə qədim yunan dilinə əsaslanır. Yunan dilində yazılmış ilk yazılı abidə e.ə. XIV-XII əsrlərə aiddir. Yunan dili Yunanıstanın, eləcə də Kipr dövlətinin yunanlara məxsus hissəsində rəsmi dildir. Hal-hazırda dünyada 15 milyondan çox insan bu dildən istifadə edir.
Yunanıstanın digər Balkan yarımadası ölkələri ilə iqtisadi əməkdaşlığı, eləcə də son 20 il ərzində miqrantların ölkəyə kütləvi axını yunan dilinin Yunanıstanın bir sıra qonşu ölkələrində istifadə olunmasına gətirib çıxarmışdır.
Qədim zamanlardan bəri hər hansı bir şəxsin yunan dilini bilməsi onun son dərəcə savadlı olduğuna dəlalət edirdi. Yunan dilinin uzunmüddətli mövcudluq və inkişaf tarixi hal-hazırda dünya mədəni irsinə aid olan saysız-hesabsız ədəbi və elmi abidələrin hesabına mümkün olmuşdur.
Dünyada terminologiyanın yarandığı ilk dil hesab olunan yunan dilinin lüğət tərkibinə bir çox başqa dillərdən, o cümlədən türk və rus dillərindən sözlər daxil olmuşdur. Təbii ki, yunan dilindən digər dillərə keçən sözlərin sayı daha çoxdur.
15-ci əsrdə meydana gəlmiş müasir yunan dili müasir yunan ədəbiyyatının formalaşması üçün əsas olmuşdur.
Müasir dövrdə qədim yunan dili elmi və texniki terminlərin formalaşması üçün mənbə rolunu oynayır. Azərbaycan dilində istifadə olunan sözlərin bir qismi dilimizə yunan dilindən keçmişdir.

Yunan dilindən Azərbaycan dilinə və əksinə müxtəlif sahələr üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Yunan dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.