Çin dili

Çin dili Çin-Tibet dil ailəsinə aid olub, Çin, Tayvan və Sinqapurun rəsmi dövlət dilidir. Hal-hazırda dünyada təqribən1,3 milyard insan çin dilindən istifadə edir. Dünyada hər beş adamdan birinin ana dili olan çin dili tamamilə ayrı bir dil olaraq qəbul edilən fərqli “dillərdən” meydana gəlmişdir. Buna görə də çin dili ayrıca dil ailəsi kimi qəbul edilir. Əvvəllər çin dili ölkə əhalisinin əksəriyyətini təşkil edən Xan xalqının dili hesab olunurdu. Çin dili, həmçinin BMT-nin altı rəsmi dilindən biridir. Çin dilinin Şərqi Asiya dilləri üzərində çox böyük təsiri olmuşdur. İstər əlifbası, istərsə də dil quruluşu ilə bir çox uzaq şərq ölkələrinin dilinə də təsir etmişdir.

Çin dilində piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü, zaman keçdikcə ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Ölkənin ayrı-ayrı bölgələrində müxtəlif dialektlərdən istifadə olunur və onlar heca əsasında bir-birindən ayrılırlar.

Çin dilindən tərcümənin mürəkkəbliyinin bir neçə səbəbləri vardır. Birinci səbəb çin dilinin qrammatik strukturunun mürəkkəb olmasıdır. Bu dildə 1 heroqlif bütün hecanı və ya morfemi ifadə edə bilər. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər. Çin dilinin bütün lüğəti təqribən 87000 heroqlifdən ibarətdir. Lakin onların əksəriyyəti yalnız klassik Çin ədəbiyyatına aid ədəbi abidələrdə aşkar edilə bilər. İkincisi, hal-hazırda çin dilində bir neçə transkripsiya sisteminin istifadə olunmasıdır. Üçüncüsü isə, hər hansı xarici sözün çin dilinə tərcüməsinin bir neçə heroqlif yazı növünə mənsub variantlarda olmasıdır.

Bundan başqa, hal-hazırda dünyanın ən dinamik ölkəsi olan və dünya bazarlarında daima öz iştirakını genişləndirən Çində, təəssüf ki, çin dili üzrə mütəxəssislər azlıq təşkil edir.

Çin dili dünyanın ən çətin dili olduğuna görə Ginnesin Rekordlar kitabına daxil edilmişdir. Çin dilinin maraqlı tərəflərindən biri də odur ki, Çində eyni heroqliflərdən istifadə edən, lakin fərqli danışan xalqlar mövcuddur. Eyni heroqlifi həmin xalqlar eyni mənada başa düşsə də, onları fərqli oxuyur və səsləndirirlər. Onlar bir-birini yazı vasitəsi ilə aydın başa düşür, lakin danışıqda isə qəti başa düşmürlər.

Çin dilindən Azərbaycan dilinə və əksinə istənilən sahə üzrə tərcümə xidməti üçün bizimlə əlaqə saxlayın. Çin dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.