Fransız dili

Fransız dili Fransa Respublikasının rəsmi dilidir. Bu dil, həmçinin Belçika, İsveçrə, Kanadada yaşayan fransızların dili və həmin ölkənin rəsmi dillərindən biridir. Fransız dilindən Afrika, Karib hövzəsi ölkələrinin əhalisi də geniş istifadə edir.

Fransız dili hind-avropa dilləri ailəsinə daxildir. Yazısı latın əlifbası əsasındadır.

Fransız dili BMT-nin altı rəsmi və işlək dillərindən biri olub, bir sıra beynəlxalq təşkilatların rəsmi dilidir. Dünyada xarici dil kimi ən çox öyrənilən dillərin sırasına daxildir.

Fransız dili Avropada işlənən dillər arasında öz çətinliyi ilə fərqlənir. Buna görə də bu dil üzrə tərcümə edərkən, dilin incəliklərini dərindən bilmək lazımdır.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin fransız dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Fransız dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.