Alman dili

Alman dili Avropa Birliyinin 23 rəsmi dilindən, həmçinin 3 işlək dilindən (digər iki işlək dil – ingilis və fransız dilləridir) biridir. Alman dili rəsmi dil olaraq Almaniya, Avstriya, Lixtenşteyn, Lüksemburq, İsveçrə və Belçikada istifadə edilir.

Alman dili Qərbi Avropanın 3 əsas alman-dilli ölkəsi olan Almaniya, İsveçrə və Avstriyadan başqa, digər ölkələrdə də istifadə olunur. Belə ki, alman dili Mərkəzi və Şərqi Avropa ölkələrində alman mənşəli şəxslərin ana dili və ya ünsiyyət dilidir. Bundan başqa, alman dili Avropa Birliyinin və bir çox digər beynəlxalq və ya regional təşkilatların rəsmi dillərindən biridir.

Hal-hazırda alman dili dünyada ən çox istifadə olunan dillərin sırasına daxildir. Hal-hazırda dünyada 100 milyondan çox insan bu dildən istifadə edir.

Yuxarı alman dialekti əsasında formalaşmış müasir alman ədəbi dili mürəkkəb linqvistik strukturu və regional təzahürləri ilə səciyyələnir.

8 il əvvəl Almaniyada yeni orfoqrafiya qaydaları meydana gəlmişdir. Buna görə də, yalnız alman dilinin leksik quruluşunu, orfoqrafiya qaydalarını bütün incəlikləri ilə bilən peşəkar tərcüməçilər alman dilindən Azərbaycan dilinə və ya əksinə keyfiyyətli şəkildə tərcümə edə bilərlər.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin alman dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. Alman dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.