İspan dili

İspan dili dünyada ən çox danışılan dillər sırasına daxil olub, İspaniya, Argentina, Meksika, Kolumbiya və s. ölkələrin rəsmi dövlət dilidir.

Hal-hazırda dünyada yarım milyard insan bu dildən istifadə edir. İspan dili Birləşmiş Millətlər Təşkilatı, Avropa və Afrika İttifaqı, o cümlədən Amerika Dövlətləri Təşkilatı da daxil olmaqla bir çox beynəlxalq təşkilatların rəsmi dilidir.

İspan dilini digər dillərdən fərqləndirən əsas xüsusiyyət bu dildəki sözlərin daha vurğulu ifadə olunmasıdır. İspanlar digər xarici dillərlə münasibətdə öz dillərini ispan dili, ancaq İspaniyada danışılan digər dillərlə münasibətdə isə kastiliya dili adlandırırlar.

İspan dilində olan sənədlərin Azərbaycan dilinə tərcüməsi, ispan dilinin linqvistik xüsusiyyətlərini dərindən bilən peşəkar tərcüməçilərə həvalə olunur.

“Lingvo” Tərcümə Mərkəzinin tərcüməçiləri ispan dilində hər hansı bir mövzu ilə bağlı mətnlərin tərcüməsi üzrə kifayət qədər təcrübəyə malikdirlər. Tərcüməçilərimiz ispan dilini mükəmməl səviyyədə bildikləri üçün təqdim etdiyiniz sənədləri və ya hər hansı bir mövzu üzrə mətnləri nəzərdə tutulmuş vaxt çərçivəsində yüksək keyfiyyətlə, dəqiq və mükəmməl şəkildə tərcümə edəcəklər.

Hüquqi, iqtisadi, tibbi, texniki, eləcə də vətəndaşların şəxsi sənədlərinin ispan dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi üçün bizimlə əlaqə saxlayın. İspan dili üzrə sənədlərin və mətnlərin tərcümə dəyəri ilə bağlı qiymətlər bölməsinə daxil olub, məlumat əldə edə bilərsiniz.