Berti Foqtsun tərcümə edilməmiş sözləri

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts AVRO-2016-nın seçmə mərhələsinin Bolqarıstanla oyundan sonra keçirilən mətbuat konfransında verilən son sualı cavablandırsa da, tərcüməçi onun son sözlərini tərcümə etməmişdi. Əsəbiləşdiyi üçün konfrans zalını tərk edən Foqts, bunu etməzdən öncə ona verilən suala qısa cavab verib: “Rüfət 90 dəqiqə meydanda oldu, çünki biz ikinci qolu vurmaq istəyirdik…”