Mətnlərin tərcüməsi

Hüquqi, iqtisadi, texniki, tibbi və digər mətnlərə peşəkar yanaşma “Lingvo” Tərcümə Mərkəzinin gündəlik iş prinsipidir. Əlbəttə ki, hüquqi sənədlərin peşəkar tərcüməçisindən tibbi sənədlərin tərcüməsini də eyni keyfiyyətlə tələb etmək, demək olar ki, mümkün deyil. Buna görə də, hər bir sahə üzrə ixtisaslaşan ayrı-ayrı tərcüməçilərin müştərək komandası – “Lingvo” Tərcümə Mərkəzi ayrı-ayrı sahələr üzrə keyfiyyətli tərcümə xidmətini göstərməyə təminat verir. “Lingvo” Tərcümə Mərkəzinə müraciət edin ki, bu təminatdan öz xeyrinizə yararlanasınız.

Hüquqi tərcümələr

“Lingvo” Tərcümə Mərkəzinin hüquq sahəsi üzrə tərcüməçiləri ayrı-ayrı vaxtlarda hüquq təhsili almış, bu sahədə işləmiş peşəkar tərcüməçilərdən ibarətdir. Onlar sadəcə tərcümə etmir, etdiyi tərcüməni dərindən dərk edərək, düzgün şəkildə digər dilin daşıyıcılarına çatdırırlar.

“Lingvo” Tərcümə Mərkəzi vasitəsi ilə istənilən hüquqi sənədləri, eləcə də aşağıdakı sənədləri tərcümə etdirə bilərsiniz:

  • müxtəlif növ müqavilələr, memorandumlar, əqdlər (alqı-satqı, icarə, lisenziya, əmək, tərəfdaşlıq, əməkdaşlıq müqavilələri və sazişləri və s.);
  • təsis sənədləri (nizamnamə, əsasnamə, təsis müqavilələri, qərar, protokol, reyestrdən çıxarışlar, VÖEN, etibarnamə, fəaliyyət sənədi, imza nümunələri və s.);
  • dövlət orqanlarının normativ-hüquqi aktları (qanun, fərman, sərəncam, qayda, təlimat və s.);
  • məhkəmə ilə bağlı sənədlər (qətnamə, qərar, şikayət, iddia ərizələri, digər ərizələr və s.)
  • digər sənədlər.

Tərcümə edilən mətnlərin keyfiyyətinə zəmanət verilir.

İqtisadi tərcümələr

“Lingvo” Tərcümə Mərkəzi sizlərə yüksək keyfiyyətli iqtisadi tərcümə xidmətlərini təklif edir.

İqtisadiyyat, bank və maliyyə sahəsi üzrə təcrübəyə malik əməkdaşlarımız iqtisadiyyat üzrə ali təhsilə malik olub, peşəkar tərcümə fəaliyyəti ilə məşğuldurlar.

“Lingvo” Tərcümə Mərkəzinə müraciət etməklə, iqtisadiyyat, maliyyə, mühasibatlıq sənədlərini, eləcə də aşağıdakı sənədləri tərcümə etdirə bilərsiniz:

  • bank fəaliyyəti üzrə (girov və kredit müqavilələri, bank zəmanətləri, illik hesabatlar və s.);
  • mühasibat uçotu və audit üzrə (mühasibat balansı, mənfəət və zərər üzrə hesabatlar, bəyannamələr, illik hesabatlar, müstəqil audit rəyləri və s.);
  • birja və qiymətli kağızlar üzrə (emissiya prospektləri, qiymətli kağızlarla bağlı mətnlər, məqalələr, investisiya müqavilələri və s.);
  • sığorta və təkrar sığorta üzrə (sığorta müqavilələri, qaydaları, sığorta şərtləri, aktlar, şəhadətnamələr və s.);
  • digər sənədlər (müqavilələr, gömrük bəyannamələri, lisenziyalar, fakturalar və s.).

Tərcümə edilən mətnlərin keyfiyyətinə zəmanət verilir.

Texniki tərcümələr

“Lingvo” Tərcümə Mərkəzinin texniki sahə üzrə tərcümə portfelinə texniki avadanlıqlara, materiallara, oyun aparatlarına aid təlimat kitabçalarının, istifadə qaydalarının, onlara aid kataloqların, həmin avadanlıqların, aparatların quraşdırılması, təmiri, onlara servis xidmətinin göstərilməsi, istismar qaydalarını əks etdirən sənədlərin, eləcə də onların texniki pasportlaırnın tərcüməsi, layihə. texniki tender sənədləri, tikinti sahəsinə aid bütün növ sənədlərin, təqdimatların, elmi və texniki sahəyə aid bütün növ məqalələrin tərcüməsi daxildir.

Edilən tərcümələrin keyfiyyətinə zəmanət verilir.

Tibbi tərcümələr

Tibbi tərcümə sahəsində çalışan hər bir tərcüməçi bu sahəyə aid terminologiyaya, eləcə də bu sahə ilə bağlı müvafiq biliyə malik olmalıdır. Bizim tibb sahəsi üzrə etdiyimiz tərcümələri tibb üzrə ali təhsil alıb təcrübə keçən, eyni zamanda xarici dilləri də bilən tərcüməçilər həyata keçirir.

Əgər xarici ölkədə tibbi müayinədən keçmisinizsə, yaxud da orada əməliyyat olunmusunuzsa və bunun nəticəsində sizə həmin ölkənin dilində tibbi sənəd veriblərsə, yekunda həmin sənədin tərcüməsi sizdən tələb olunursa, bu zaman mütləq bizə müraciət edin. Həmin sənədin ən keyfiyyətli şəkildə tərcümə-təsdiqi tərəfimizdən həyata keçirilərək sizlərə təqdim ediləcəkdir.

Tibbi sənədlərə epikrizlər, çıxarışlar, arayışlar, xəstəlik tarixçələri, laboratoriya müayinələrinin nəticələri, protokollar, rəylər, dərmanların xarakteristikası, tibbi təqdimatlar, kataloqlar, eləcə də elmi və bədii materialların, dissertasiya işlərinin tərcüməsi tərəfimizdən həyata keçirilir.

Digər tərcümələr

Yuxarıda göstərilən sahələrdən başqa, “Lingvo” Tərcümə Mərkəzi riyaziyyat, fizika, astronomiya, biologiya, kimya, tarix, coğrafiya, ədəbiyyat, idman üzrə tərcümə xidmətlərini, eləcə də filmlərin, pyeslərin, mahnıların sözlərinin, bədii kitabların, jurnalların, restoran menyularının, etiketlərin və s. tərcüməsini sizlərə təklif edir.

Buyurun, müraciət edin ki, bu əməkdaşlıqdan qarşılıqlı şəkildə faydalanaq.