Yazılı tərcümələr

Əziz müştərilər!

Yazılı tərcümə “Lingvo” Tərcümə Mərkəzinin ixtisaslaşdığı ən əsas sahədir. Fəaliyyət göstərdiyimiz müddət ərzində təcrübəli və peşəkar tərcüməçilərdən ibarət sabit komanda formalaşdırmağa nail olmuşuq. Yazılı tərcümə zamanı hüquqi, maliyyə, tibbi və texniki sənədlərə, xüsusən də vətəndaşların şəxsi sənədlərinə üstünlük veririk.

Vətəndaşların şəxsi sənədlərinin tərcüməsi, eləcə də hüquqi, iqtisadi, tibbi və texniki sahələrə aid mətnlərin tərcüməsi ən çox məsuliyyət tələb edən sahələrdir. Bu cür tərcümə bizdən xırdalıqlara, xüsusi çalarlara diqqətlə yanaşma, eləcə də sənədləri təqdim edəcəyiniz orqanın, o cümlədən dövlət orqanlarının tələblərinə aid müəyyən biliklər tələb edir. Bizim tərcümə mərkəzi bu sənədlərlə işləyərkən, ən incə məqamlara diqqət etmək bacarığına malikdir ki, bu da müştərilərimizə nəinki tərcüməni, həm də toplu sənədləri müraciət etdiyiniz orqana ən müfəssəl şəkildə təqdim etmək imkanı verir.

Uzun illər ərzində əldə etdiyimiz bilik və təcrübə, o cümlədən sifarişlərin tələb olunan formada yerinə yetirilməsi vərdişi tərəfimizdən ən qısa müddət ərzində keyfiyyətli və operativ tərcümə xidmətini təqdim etməyə imkan verir.

Sifarişçilərlə münasibətləri şəffaflıq prinsipi əsasında quran “Lingvo” Tərcümə Mərkəzi, göstərdiyi xidmətlərin dəyərini “Qiymətlər” bölməsində əks etdirmişdir. Qiymətlər üzrə göstərilən rəqəmlərdən başqa heç bir gizli və ya əlavə ödəniş nəzərdə tutulmur.