Veb-səhifələrin tərcüməsi

Əziz müştərilər!

“Lingvo” Tərcümə Mərkəzi sənədlərin və mətnlərin tərcüməsi ilə bərabər, veb-səhifələrin tərcüməsi xidmətini də sizlərə təklif edir. Biz, peşəkar tərcümə mərkəzi olaraq, hüquqi, iqtisadi, texniki, tibbi, tikinti və digər sahələri özündə əks etdirən veb-səhifələrinizi digər dillərə keyfiyyətli şəkildə tərcümə edib, ixtiyarınıza veririk. Əgər veb-səhifəniz Azərbaycan dilində, yaxud digər bir dildə hazırlanıbsa və onu başqa dilə çevirmək niyyətindəsinizsə, bu zaman “Lingvo” Tərcümə Mərkəzi niyyətinizi reallığa çevirəcəkdir. Bundan başqa, işgüzar fəaliyyətinizi genişləndirmək üçün vacib amillərdən biri olan veb-səhifəniz yoxdursa və məzmunlu, baxımlı veb-səhifəyə ehtiyacınız varsa, bu zaman bizə müraciət edə bilərsiniz. “Lingvo” Tərcümə Məkrəzi veb-səhifələrin hazırlanması və internetdə yerləşdirilməsi xidmətini, maketin sizin fikrinizə uyğun, eləcə də bizim təklif etdiyimiz formada hazırlanması xidmətini sizlərə təqdim edir. Dizaynerlərimizin sizlərə təklif edib, hazırlayacağı, zövqləri oxşayan, cəlbedici saytlar qurduğunuz biznesin çəkisini bir neçə dəfə artıracaqdır.

Əgər əvvəllər müəssisənizin saytı olubsa, lakin hazırda zamanın tələblərinə cavab vermirsə, bu zaman orada yeniliklər aparmaq, görünüşü, dizaynı dəyişmək xidmətini də təklif edirik. Bu işi dərindən bildiyimizə görə, mövcud saytınızdakı xırdalıqları, qüsurları vaxtında görüb aradan qaldıra bilərik.

Veb-səhifələrin məzmununu dəyişmək, mətnləri digərləri ilə əvəz etmək istəyirsinizsə, buyurun müraciət edin və xidmətlərimizdən qarşılıqlı şəkildə faydalanın. Sizə müvafiq materialların seçimində yaxından köməklik göstərəcəyik.

“Lingvo” Tərcümə Mərkəzi domen və hostinqin alınmasında sizin əvəzinizdən bütün prosedurları icra edəcəkdir. Təklif etdiyimiz hostinqlər əfsanəvi alman markasından olub, qüsursuz və fasiləsiz fəaliyyəti ilə tərəfdaşlarınızın rəğbətini qazanacaqdır. Buyurun, bizimlə əlaqə saxlayın.