Miqrasiya dəstəyi

“Lingvo” Tərcümə Mərkəzi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi, eləcə də onların Azərbaycan Respublikası ərazisində qalma müddəti ilə əlaqədar bütün növ sənədlərin toplanması, hazırlanması və müvafiq orqana təqdim edilməsi ilə bağlı xidmətləri sizlərə təklif edir.

Ərizə-anketin düzgün qaydada doldurulması, sənədlərin notarial qaydada təsdiq edilməsi, əcnəbi və ya vətəndaşlığı olamayan şəxslərin bütün tələb olunan prosedurlardan, eləcə də tibbi müayinədən keçməsi üçün, o cümlədən İşə götürən müəssisənin miqrasiya xidmətində qanuni nümayəndə kimi tanınması üçün bütün dəstəyi sizlərdən əsirgəmir.

Əcnəbi və vətəndaşlığı olmayan şəxsin müvafiq ixtisas sənədinin (diplom, sertifikat, şəhadətnamə və s.) tərcüməsi və notarial qaydada təsdiqi də “Lingvo” Tərcümə Mərkəzinin təqdim etdiyi xidmətlərin siyahısındadır.

Bu prosesin istər tərcümə-təsdiq hissəsini, istərsə də tam olaraq icrasını bizə həvalə etməklə, işinizin müvəffəqiyyətli gedişini təmin edə bilərsiniz.