Notarial təsdiq

Əksər sənədlərin tərcüməsini notarial təsdiqsiz təsəvvür etmək mümkün deyil. Xarici sənədlərin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi həmin sənədə Azərbaycan Respublikası ərazisində hüquqi qüvvə verir. Azərbaycanda verilmiş sənədin xarici dilə tərcüməsi və müvafiq qaydada təsdiqi həmin sənədə digər ölkədə istifadə etmək üçün hüquqi qüvvə verir.

Övladınız xarici ölkəyə sizinlə deyil, digər valideynlə və ya başqa bir şəxslə gedirsə, bu zaman siz, bir valideyn kimi, razılıq ərizəsi verməli və bunu tərcümə etdirərək notarial qaydada təsdiq etdirməlisiniz. Bundan başqa digər ölkədə hər hansı işinizi görmək üçün ora gedə bilmirsinizsə, bu zaman həmin ölkədə olan digər şəxsə notarial qaydada etibarnamə verməlisiniz ki, sizin işləri siz olmadan həyata keçirə bilsin. “Lingvo” Tərcümə Mərkəzi bu işlərin icrası üçün həmişə yanınızda duracaqdır. Həmin sənədlərin tərtibi və notarial qaydada təsdiqi, eləcə də tərcüməsi tam və dəqiq şəkildə tərəfimizdən icra ediləcəkdir.

Bundan başqa, sənədlərin leqallaşdırılması, onlara apostil ştampının vurulması da bizim xidmət dairəmizə daxildir. Bu barədə ətraflı məlumatı ofisimizə zəng etməklə əldə edə bilərsiniz.