Hüquqi dəstək

“Lingvo Tərcümə Mərkəzi” Türkiyə, Avropa, MDB ölkələri, uzaq şərq və ərəb ölkələri, eləcə də ofşor zonalarında təsis edilmiş şirkətlərin Azərbaycan Respublikasında törəmə cəmiyyətini (MMC, ASC və ya QSC formasında), filial və nümayəndəliyini açmaq xidmətini də təklif edir. Təsis sənədlərinin hazırlanması, onların müvafiq şəkildə tərcümə-təsdiqi, ərizələrin yazılması, BŞVD KHŞDQİ-yə müraciət də daxil olmaqla, bütün işləri əvvəldən sonadək icra edib, hazır sənədləri (möhür də daxil olmaqla) sizə təqdim edir.

Xarici ölkələrdə təsis edilmiş şirkətin Azərbaycan Respublikasında törəmə müəssisəsinin, filial və ya nümayəndəliyinin açılması üçün tələb olunan incəlikləri bilmirsinizsə, bu zaman təkbaşına bu işə başlamağınız yekunda vaxtınızın və vəsaitinizin itirilməsinə gətirib çıxaracaqdır. Təsis sənədlərində, qərar və etibarnamələrin tərtibində elə incə məqamlar var ki, bunlar nəzərə alınmasa, yekunda xaricdən ölkəmizə gətirilən sənədlərdə mütləq bir çatışmazlıq, nöqsan tapılacaqdır. Buna görə də, işi peşəkarlara həvalə etməklə, bu cür problemlərdən uzaq olacaqsınız.

Biz ölkəmizdə müəssisələrin açılması üçün lazım olan sənədləri xarici dildə hazırlayıb, təsdiq üçün sizin vasitənizlə xaricdəki şirkətə göndəririk ki, orada təsdiq olunub yenidən bizə gəlsin. Bu zaman yaranan bütün xətalardan sığortalanırsınız.

Sizin maraqlarınıza öz marağı kimi yanaşan “Lingvo” Tərcümə Mərkəzinə müraciət edin ki, dəyərli vaxtınızı, vəsaitinizi, enerji və əsəblərinizi qoruyasınız!