Qazaxıstan Respublikasının himninin rus dilinə tərcüməsi – qanun pozuntusudur

Məşhur Qazaxıstanlı vəkil Mixail Klençin bu yaxınlarda Aktan Suyunşalin tərəfindən Qazaxıstan Respublikasının dövlət himinin rus dilində oxunmasını şərh edərək bildirib ki, himn dövlətin simvoludur. Onun musiqisi və mətni “Dövlət simvolları haqqında” Konstitusiya qanunu ilə qorunur. Buna görə də, onun rəsmi istifadəsi yalnız dövlət dilində və təsdiq olunmuş musiqi və mətnlə həyata keçirilməlidir. O bildirib ki, rus dilinə tərcümə edilmiş mətn heç bir halda dövlət himni kimi təqdim oluna bilməz və onun istifadəsi hüquqi məsuliyyət yaradır.

Nəzərə çatdırırıq ki, bu yaxınlarda internetdə Qazaxıstan Respublikasının dövlət himninin Aktan Suyunşalin tərəfindən rus dilində oxunmasını əks etdirən videorolik yayılıb. Müəllif özü isə bildirmişdir ki, himni rus dilində səsləndirməsində məqsədi Qazaxıstan Respublikasının rusdilli əhalisinə himnin mətninin gözəlliyini və möhtəşəmliyini göstərmək olub.