Məşhur tərcüməçi Putinin təqdim etdiyi mükafatdan imtina etdi

Öz ölkəsini Puşkin, Axmatov və Dostoyevskinin yaradıcılığı ilə tanış edən görkəmli Niderland tərcüməçi Hans Boland A.S.Puşkin adına mükafata layiq görülüb. O, RF Prezidenti Vladimir Putin tərəfindən təltif olunmaq üçün Kremlə dəvət olunub.

Təltifetmə mərasimi 4 noyabra – Xalq birliyi gününə təyin olunsa da, tanınmış tərcüməçi bu mükafatı V.Putindən qəbul etmək istəmədiyinə görə mərasim üçün dəvəti qəbul etməyib və mükafatdan imtina edib.