“AYDIN YOL” qəzeti fəaliyyətə başlayır

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzeti fəaliyyətə başlayacaq. Bu məlumatı sentyabrın 9-da Tərcümə Mərkəzinin mətbuat işləri üzrə müşaviri Fərid Hüseynov yayıb. Onun sözlərinə görə, hələlik qəzetin açılması üçün hazırlıq işləri gedir.

Fərid Hüseynov bildirib ki, qəzetin satışı və abunəsinin həyata keçirilməsi də planlaşdırılır.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ölkə prezidentinin 2012-ci il mayın 23-də imzaladığı sərəncamla yaradılıb. 2014-cü il mayın 16-da dövlət başçısının sərəncamı ilə yazıçı Afaq Məsud mərkəzin direktoru təyin edilib.