Şifahi tərcümələr

Tərcümənin şifahi yolla çatdırılması şifahi tərcümə xidmətini təşkil edir ki, bu da ardıcıl və sinxron tərcümə kimi 2 əsas hissəyə bölünür. Ardıcıl tərcümə zamanı çıxış edən şəxs müəyyən fasilələr etməklə, tərcüməçiyə dediklərini çatdırmaq imkanı yaradır. Sinxron tərcümə zamanı isə, tərcüməçi fasiləsiz şəkildə, çıxışı izləyə-izləyə digər tərəfdən tərcüməni həyata keçirir. Hər iki tərcümə yüksək peşəkarlıq tələb edir.

Ardıcıl tərcümə xidməti standart və peşəkar formada olmaqla sizlərə təklif edilir. Standart forma, əsasən, yarım-rəsmi və ya qeyri-rəsmi danışıqlar zamanı istifadə olunur. Burada əsas məqsəd tərcüməni düzgün çatdırmaqdlır. Ardıcıl tərcümənin peşəkar forması, əsasən, dövlət orqanları, dövlət işçiləri və fərdi şəxslərin arasında gedən rəsmi danışıqlarda istifadə olunur ki, burada tərcüməçinin nitqi rəsmi və publisistik danışıq dili çərçivəsində olur.

Sinxron tərcümələr isə, əsasən, xüsusi avadanlıqlar vasitəsi ilə, iştirakçıların çox olduğu geniş konfrans zallarında həyata keçirilir.

Sifarişi edərkən, ilk öncə tərcümənin nə barədə gedəcəyi haqda tam və ətraflı şəkildə bizi məlumatlandırmalısınız. Tədbirin keçiriləcəyi yer, iştirakçılar barədə verilən məlumatlar da zəruri hesab olunur.

Tədbirinizdə iştirak edəcək tərcüməçi tərəfimizdən müəyyən edildikdən sonra, siz onunla bütün digər detalları müzakirə edə bilərsiniz.

Telefon danışığı

Bəzən hər hansı bir xarici ölkə ilə müxtəlif səbəblərdən (avtomobil alışı, bank əməliyyatlarının həyata keçirilməsi, görüşün təyini, şəxsi məsələlər və s.) telefonla ünsiyyət saxlamaq tələb olunur. Bu zaman “Lingvo” Tərcümə Mərkəzinin dəstəyindən yararlana bilərsiniz.

Əziz müştərilər onu da nəzərə almalıdırlar ki, qarşı tərəfin hansı cavabı verməsindən asılı olmayaraq, tərcüməçinin danışığına görə ödəniş nəzərdə tutulur. Tərcüməçi yalnız fikrin düzgün çatdırılmasına cavabdehdir.