Vakansiyalar

“Lingvo” Tərcümə Mərkəzi gələcək planlarını həyata keçirmək üçün ştat daxili təcrübəli və ya təcrübəsiz tərcüməçiləri, eləcə də ştatdankənar peşəkar tərcüməçiləri əməkdaşlığa dəvət edir.

Ofisdə çalışmaq istəyən tərcüməçilər 3 gün ərzində ilkin tanışlıq təcrübəsi keçir, bu müddət ərzində onların dünyagörüşü, qavrama qabiliyyəti, kapasitesi və gələcək perspektivi yoxlanılır. Yalnız bu müddət bitdikdən sonra onlarla gələcəyə birgə addımlamaq barədə qərar qəbul edilir. İşə qəbul edildikdən sonra, onlara əmək haqqı ödənilməklə, 3-6 ay ərzində təcrübə keçirilir və tərcümənin incəlikləri öyrədilir. Beləliklə, tərcümə həyatına yeni qədəm qoymuş tərcüməçi müdəmadi şəkildə peşəkar tərcüməçiyə çevrilir.

Ştatdankənar (frilanser) tərcüməçilər

Ştatdankənar tərcüməçilər müvafiq sahələr üzrə minimum 3 il iş təcrübəsinə malik olmalıdır. Əməkdaşlıq edəcəyimiz hər bir tərcüməçiyə fərdi yanaşmaqla, onların tərcümə portfeli ilə tanış oluruq. Bizə müraciət etməzdən əvvəl, daha çox tələb olunan ingilis, rus, türk və ərəb dilləri üzrə verilmiş nümunələri Azərbaycan dilinə (mətn Azərbaycan dilində olduqda isə, əks dilə tərcümə) tərcümə edib, CV ilə birgə ünvanımıza göndərməyiniz xahiş olunur. Öz biliyinə, bacarığına arxayın olan, zəhmətinin dəyərini bilən hər bir tərcüməçini əməkdaşlığa çağırırıq. CV və nümunədə verilmiş mətnin tərcüməsini aşağıdakı elektron poçta göndərməyiniz xahiş olunur.

Əməkdaşlıq üçün elektron poçtumuz: cv@lingvo.az

İngilis dili üzrə nümunə

Rus dili üzrə nümunə

Türk dili üzrə nümunə

Ərəb dili üzrə nümunə